Məhəbbət, hörmət və anlayışla bünövrəsini qoyduğumuz bərabərliyimizi həyatımızın sonuna qədər davam etdirməyə qərar verdik.
Bu şad günümüzdə sizlərlə olmağı arzu edirik.


*

Sevgimizin ömrümüzün sonuna qədər davam etməsi ümid və arzusu ilə ortaq həyata addım atdığımız bu xoşbəxt gündə sizlərlə birlikdə olmaqdan çox məmnun olarıq.

*

llər keçdi. Saatlar artıq yavaş-yavaş xx/xx/xx tarixinə yaxınlaşır. Məhz həmin gün biz öz tale və qəlblərimizi birləşdircəyik.

Əziz,_______!

Sizi böyük məmnuniyyət və şərəf hissi ilə sevincli günümüzü bizimlə bərabər keçirməyə dəvət edirik. Məclis xx/xx/xx tarixində saat xx.xx-də “” şadlıq sarayında baş tutacaq.

Hörmətlə (bəy və gəlinin adları)

*

Biz adı AİLƏ olan gələcək şəhərimizi yaratmağa qərar verdik. QAYĞI fənərləri ilə işıqlanan, ZƏRİFLİK nəğməsi eşidilən XOŞBƏXTLİK rayonu, SEVGİ küçəsində məskunlaşmağı, dostlarımızla DİQQƏT kafesində SƏDAQƏT bulvarında görüşməyi çox arzulayırıq.

Hörmətli____!

Sizi gələcək şəhərimizin əsasının qoyulma mərasiminə dəvət edirik. Məclis (tarix və saat göstərilir) baş tutacaq. Şəhər darvazaları bütün qonaqlar üçün (saat göstərilir) etibarən açıq olacaq.

*

Bir ömür boyu xoşbəxt olmağa imzalarımızı atarkən sizlərin yanımızda olması bizi çox məmnun edər.

*

Su kimi axıb gedən bu həyatda ikimizə aid olan bir səhifə açarkən nikah mərasimində siz dostlarımızı yanımızda görmək bizə qürur və şərəf verəcəkdir.

*

Bərabərliyə addım atdığımız bu özəl günümüzdə səadətimizi sizlərlə paylaşmaq bizi daha da xoşbəxt edər.

*

Bərabərliyimizi evliliyə aparan bu yolda səadətimizi sizlərlə bölüşməyi arzu edirik.

*

Bərabər həyatın başlanğıcı olan bu toy mərasimində sizlərlə birlikdə olmaqdan səadət duyacaqlar.

*

Ömür boyu sürəcək xoşbəxt bərabərliyimizin başlanğıcında sizləri də aramızda görməkdən qürur duyarıq.

*

Həyatı gözəllikləri və çətinlikləri, göz yaşları və sevinci, hüzn və səadəti hər halı ilə bölüşməyə qərar verdik. Sizlər də lütfən bu qərara şahidlik edin.

*

Bu xoşbəxt günümüzü bizimlə bölüşməkdən sevinc duyarıq.

*

Evlilik mərasimində sizlərlə birlikdə olmaqdan səadət duyarıq.

*

Toy mərasimində təşrifləriniz bizə səadət gətirəcəkdir

Sizləri toyumuza qonaq
Xoşbəxtliyimizə şahid olmağa dəvət edirik.

*

Xoşbəxtliyi bölüşdükcə böyüyür.
Hamınızı bu xoşbəxtliyimizi
Bölüşüb böyütməyə gözləyirik

*

Həyatımızın ən doğru qərarını verib,
İkimiz də "bəli" deyirik.
Və siz alicənab dostlarımızı
Şahidimiz olaraq gözləyirik.

*

Xoşbəxtlik gəlməkdə olsun

Dostlara xəbər olsun

Toyumuz var bu gün

Bizi istəyənlər buyursun.

*

İlk addımımızı evliliklə taclandıracağımız bu xoşbəxt günümüzdə bizimlə olmanız bizi qürurlandıracaqdır.